Aktrisa doğum günü hədiyyəsindən imtina etdi - Xəstə uşaqlara yardım istədi

Hazırda oxunan: Aktrisa doğum günü hədiyyəsindən imtina etdi - Xəstə uşaqlara yardım istədi

230564
“Aşk və Mavi” serialının baş rol ifaçısı Burcu Kıratlı etdiyi təqdirəlayiq hərəkətlə gündəmə gəlib.
Aktrisa 23 iyulda qeyd edəcəyi 28-ci doğum günü ilə bağlı sosial mediadakı dostlarına çağırış edib.

B.Kıratlı həmin gün ona hədiyyə alınmamasını, əvəzində hədiyyələrə verəcəkləri pullarla xərçəngdən əziyyət çəkənlər üçün Ümid Vəqfinə yardım etmələrini xahiş edib.

Onun bu istəyi minlərlə istifadəçi tərəfindən bəyənilib və alqışa layiq hərəkət kimi qiymətləndirilib.(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin