“Serbiya hökuməti Kosovanı rəsmi olaraq tanımaq üçün Şimal bölgəsini almaq istəyir”.
“Qafqazinfo” “Dünya Bülteni”nə istinadən xəbər verir ki, bu iddia ilə Serbiya Liberal Demokratik Partiyasının rəhbəri Çedomir Yovanoviç çıxış edib:
“Ətrafımda gördüklərimdən xoşbəxt deyiləm. Biz əlaqələrimizi qurmalıyıq. Düşüncələrimizdə sülh olmalı və problemləri həll etməliyik”.
Məlumat üçün bildirək ki, Yovanoviç Kosovonun müstəqilliyini tanıyan nadir seerb siyasətçilərdən biridir.
Qeyd edək ki, Kosova 2008-ci ilin 17 fevral tarixində Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Serbiya isə Kosovanın müstəqilliyini tanımır və onu muxtar diyar hesab edir.
































































































