Pakistanın şimalında terrorçular hərbi hissəyə hücum edib.
Oxu.Az xəbər verir ki, Geo TV telekanalının hərbi mənbələrə istinadla yaydığı məlumata görə, hücum nəticəsində 11 hərbçi ölüb, 13-ü yaralanıb.
Üç nəfər hadisə yerində həlak olub, digərləri aldıqları yaralardan sonradan ölüblər.
Terrorçu-kamikadzenin partlayıcı qurğunu hərbi hissənin idman meydançasında işə saldığı bildirilir.
İnsidentlə bağlı təhqiqat aparılır.































































































