Tovuzda uşaq bağçasının müdiri iş otağında döyülüb.
Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində yerləşən uşaq bağçası - körpələr evində qeydə alınıb.
Məlumata görə, 50 yaşlı Elçin Səfərov (ad və soyad şərtidir) bağçaya gəlib. Burada müəssisənin müdiri, keçmiş həyat yoldaşı olan Şəfiqə ilə (şərti ad) aralarında mübahisə yaranıb.
Mübahisə zamanı o, əvvəl qadını boğub, sonra isə kürəyinə bıçaqla bir neçə dəfə vuraraq xəsarət yetirib.
Elçin Səfərov faktla bağlı polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə Elçin Səfərov bir ay müddətinə inzibati qaydada həbs olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:38 / 25.06.2026
Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Hazırda oxunan: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Hazırda oxunan: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
621607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































