Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Hazırda oxunan: Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

621633

Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid Toğrul Məmmədovun ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunması ailəsi tərəfindən böyük qürur hissi ilə qarşılanıb.

Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin təsisçisi Üzeyir Məmmədov “azxeber.com”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin bu qərarı ailələri üçün böyük qürur mənbəyidir.

"Qardaşım Toğrul Məmmədovun 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunması ailəmiz üçün böyük qürur mənbəyidir.

Şəhidlərimizin qəhrəmanlığının dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi hər bir şəhid ailəsinə verilən ən böyük mənəvi dəyərdir. Buna görə Prezident İlham Əliyevə ailəmiz adından dərin minnətdarlığımı bildirirəm", – deyə deputat qeyd edib.

Üzeyir Məmmədov vurğulayıb ki, şəhidlərin xatirəsi hər zaman əziz tutulacaq, onların Vətən uğrunda göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün örnək olaraq qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin