Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün ərazidə söküntü işləri başlayıb. Söhbət dəmir yolu xəttinin mühafizə zonasına yaxın tikililərdən gedir.
Bizim.Media “xezerxeber.az”a istinadən xəbərinə görə, Azərbaycan Dəmir Yollarından bildirilib ki, söküntü işlərinin aparıldığı ərazilərdən biri də Suraxanı bazarı ətrafıdır.
Yeni Suraxanı-Hövsan xəttinin bərpası təkcə bir istiqamətin yenilənməsi demək deyil.
Dövlət Proqramı çərçivəsində Bakı və ətraf qəsəbələri əhatə edən dəmir yolu şəbəkəsinin mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur.
Yeni Suraxanı-Hövsan xəttində aparılan işlər başa çatdıqdan sonra bu istiqamətdə sərnişin daşımalarının bərpası şəhərətrafı nəqliyyat yükünün azalmasına da təsir göstərəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
03:43 / 26.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Hazırda oxunan: Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Hazırda oxunan: Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
621637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































