Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb - FOTO/VİDEO

621652

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb.

Bizim.Media xəbər verir ki, Şəhidlər Xiyabanında Ümummilli Lider Heydər Əliyevin və Vətən Müharibəsi Şəhidlərinin ruhu sükutla yad edilib, sonra isə Azərbaycan Respublikasının himni səsləndirilib. Qeyd edək ki, yürüş saat 12:00-a qədər davam edəcək.

Birinci marşrut Heydər Əliyev Sarayından başlayaraq Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti və Azadlıq meydanından keçərək Dəniz Vağzalında yekunlaşacaq.

İkinci istiqamət Şəhidlər Xiyabanından start götürərək “Alov Qüllələri” ərazisi, Çəmbərəkənd parkı, İçərişəhər istiqaməti, Qala qapısı, Kukla Teatrı və Azneft meydanı vasitəsilə Bəhram Gur heykəlinədək uzanacaq.

Üçüncü marşrut Q. Musabəyov parkından başlayacaq, Əbdürrəhim bəy Haqverdiyev küçəsi və Hüseyn Cavid prospektindən keçərək Şəhidlər Xiyabanında tamamlanacaq.

Dördüncü yürüş “Olimpik Star” İdman və Əyləncə Mərkəzindən başlayaraq Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı və digər mərkəzi küçələrdən keçəcək.

Beşinci marşrut isə Nəriman Nərimanov heykəlindən başlayaraq Mərkəzi Park, Milli Dram Teatrı, Qış Parkı, Heydər Əliyev Sarayı və şəhərin digər əsas nöqtələrini əhatə edəcək.








Nəzrin Mirzəyeva, Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin