Almaniya kəşfiyyatı: Moskva məqsədyönlü şəkildə Almaniyada sağ təmayüllü partiyaları maliyyələşdirir

Hazırda oxunan: Almaniya kəşfiyyatı: Moskva məqsədyönlü şəkildə Almaniyada sağ təmayüllü partiyaları maliyyələşdirir

188567
Almaniya xüsusi xidmət orqanları bu ölkədə fəaliyyət göstərən radikal sağçı “Almaniya üçün alternativ”x9d partiyasının Rusiya ilə əməkdaşlıq etdiyini üz çıxarıb.

Bu barədə “Die Zeit”x9d qəzetinin məqaləsində deyilir.

Məlumata görə bu partiyanın nümayəndələri Rusiya kəşfiyyatının təşkilatçılığı ilə postsovet respublikalarındakı separatçı ərazilərdə keçirilən “seçkilər”x9ddəki müşahidə missiyalarının tərkibində yer alıblar. “Məqsəd Rusiyanın mübahisəli xarici siyasətinə beynəlxalq legitimlik görüntüsü verməkdir. Alman kəşfiyyatı müəyyən edib ki, bu siyasətçilərin səfərlərini Rusiya xüsusi xidmət orqanları təşkil edib”x9d-qəzet yazır.

xa0
Almaniya Bundestaqının deputatları Qarabağda separatçılarla görüşür
Qəzetin yazdığına görə hazırda alman xüsusi xidmət orqanları sağ radikal qüvvələrin nümayəndələrini özünün postsovet məkanındakı separatçı ərazilərdəki siyasətini legitimləşdirmək məqsədi ilə istifadə etdiyinə dair dəlilləri araşdırır. Bildirilir ki, bu fəaliyyətdə əsas rolu Berlində yerləşən Avrasiya Araşdırmaları Mərkəzi oynayıb. Həmin mərkəz 2016-cı ildə sağ radikal təmayüllü “Zuerst!”x9d qəzetinin baş redaktoru Manuel Oksenrayter və “Almaniya üçün alternativ”x9d partiyasının funksioneri Markus Fronmayer tərəfindən yaradılıb. Həmin Oksenrayter artıq neçə ildir ki, “Almaniya üçün alternativ”x9d partiyasından olan deputatların Donbass, Dağlıq Qarabağ və digər separatçı regionlara səfərlərini təşkil edir.

xa0
2014-cü ildən başlayaraq həmin partiyadan azı 11 deputat keçmiş sovet respublikalarındakı separatçı ərazilərdə keçirilən “seçkilərdə”x9d müşahidə missiyalarının tərkibində iştirak ediblər. Bununla da Rusiyanın həmin bölgələrlə bağlı mübahisəli siyasətinə beynəlxalq legitimlik donu geyindirməyə çalışıblar. Həmin səfərlər yerlərdəki “rusiyayönümlü hakimiyyətlər”x9d və ya Kremlyönümlü xa0 xa0QHT-lər tərəfindən maliyyələşdirilib.

xa0
Manuel Oksenrayter

Rusiyanın bu missiyasında əsas rollardan birini oynayan Berlindəki Avrasiya Araşdırmaları Mərkəzinin əsasını qoyanlardan Mateuş Piskorskidir. Ötən il onu Polşada Rusiyanın xeyrinə casusluq ittihamı ilə saxlayıblar. Almaniya xüsusi xidmət orqanlarına daxil olan məlumata görə Piskorski tərəfindən Krıma təşkil edilmiş ən azı bir səfəri Rusiya xüsusi xidmət orqanları koordinasiya edib və ən azından ona ciddi təsir göstərib. Kəşfiyyat belə qənaətə gəlib ki, Moskva məqsədyönlü şəkildə Almaniyada sağ təmayüllü partiyaları maliyyələşdirir və onlar populist məqsədlərlə çıxış edərək Rusiya ilə yaxşı əlaqələrə çağırırlar.xa0


xa0Virtualaz.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin