1969-cu ildən bu günədək Amerika astronavtlarının gerçəkdən Ayda olmadıqları, bunun montaj edilmiş kino-kadrlar vasitəsilə qondarılmış bir uydurma olması haqda bir sıra informasiyalar yayılıb. Bunu öncə NASA ilə rəqabətə uyğun olaraq SSRİ, sonra isə Rusiya KİV-ləri daha çox təbliğ edirdi. Lakin bu dəfə belə bir məlumat ABŞ-ın özündən gəlib.xa0
Moderator.az xəbər verir ki, prezident Donald Trampın elm üzrə müşaviri, Yel universitetinin professoru Devid Gelernter son müsahibələrindən birində bəyan edib ki, Amerika astronavtları heç vaxt Ayda olmayıblar. Bu barədə “World News Daily Report”x9d nəşri məlumat yayıb. Professor 1969-1972-ci illərdə “Apollon”x9d heyətlərinin Yerin təbii peykinə uçuş etməsi faktını Marsa hazırlanan uçuşların perspektivlərindən bəhs edərkən təkzib edib:”x9d Biz hətta Aya uçmadığımız halda 2030-cu illərin ortalarında Marsa uçuş təşkil etməyi necə ağlımıza gətirə bilərik.xa0 Bu ideya da, belə demək mümkündürsə, Obama administrasiyası kimi gülünc səslənir(Marsa uçuşun təşkili ideyası xa0B.Obamanın prezidentliyi dövründə səsləndirilmişdi-S.L.).
Trampın müşavirixa0 əlavə edib ki, xa0astronavtların guya Aya enməsi ”“ dünya tarixində ən iri miqyaslıxa0 kələk faktı olub. xa0
Nəşr qeyd edir ki, Devid Gelernter paralel hesablamalar elminə verdiyi töhfəyə görə bütün dünyada şöhrət qazanıb. Bundan savayı, professor hələ 1980-1990-cı illərdə İnernetin bir çox inkişaf tendensiyalarını öncədən doğru şəkildə söyləyə bilib.
Sultan Laçın





































































































