Moskvada Ərdoğanın mənzilini yardılar...

Hazırda oxunan: Moskvada Ərdoğanın mənzilini yardılar...

147352
Moskvada İlkəy Ərdoğan adlı türk biznesmenin mənzili yarılıb.xa0

Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.xa0

Olay avqustun 2-dən 8-dək olan müddətdə baş verib. İ.Ərdoğanın mənzilindən 20 mln. rubl(təxm. 309 min dollar) xa0nağd pul, eləcə də qiymətli saatlar və zərgərlik məmulatları aparıblar. Beləliklə, oğurluğun ümumi məbləği 30 mln. rublu ötüb. xa0

Qeyd edilir ki, İlkəy Ərdoğan kifayət qədər tanınmış bir sahibkardır. Türkiyə prezidentinin adaşı bir müddət öncəyədək Rusiya paytaxtında çalışan Türkiyə tikinti şirkətlərindən birinin kommersiya direktoru olub. Son vaxtlar o, Moskvadakı mənzillərindən birini “KSK-qrup”x9d audit xa0kompaniyasının icraçı direktoruna kirayəyə veribmiş. Mənzilin yarılması barədə paytaxt polisinə məlumatı məhz kirayədə qalan şəxs verib.

Hazırda hüquq-mühafizə orqanları müvafiq araşdırma aparır.

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin