Rusiya Mərkəzi Bankı maliyyə bazarına kiberhücumlardan ehtiyatlanır

Hazırda oxunan: Rusiya Mərkəzi Bankı maliyyə bazarına kiberhücumlardan ehtiyatlanır

141149
Rusiya Mərkəzi Bankı (RMB) yaxın vaxtlarda ölkənin maliyyə bazarına, o cümlədən birjalara və sığorta şirkətlərinə kiberhücumların aktivləşəcəyini gözləyir.xa0

"Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, belə xəbərdarlıqla RMB-nin informasiya texnologiyalarının (İT) təhlükəsizliyi üzrə baş mühəndisi Viktor Lebedev çıxış edib.

O, bu barədə ölkənin sığorta şirkətlərinin nümayəndələrinin iştirak ilə baş tutan və bu sahədə fırıldaqçılıq hallarına həsr edilmiş toplantıda danışıb. İT mütəxəssisin sözlərinə görə, son 1 ildə kredit təşkilatlarına qarşı 21 kiverhücum təşkil edilib. Bundan isə həm də sığorta şirkətləri ziyan çəkib.

RMB-nin ötən ilin iyununda yaradılmış Kompüter hücumlarının monitorinqi və önlənməsi mərkəzinin (FinCERT) proqnozlarına görə isə, yaxın vaxtlarda kiberhücumlar ölkənin mobil operatorlarının ödəniş sistemlərinə qarşı təşkil olunacaq. Bu baxımdan, İT təcavüzkarları lazımi məlumatlara malik insanları ələ almağa, onların əməkdaşlığa cəlb etməyə çalışacaqlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin