Sarkisyan daha bir generalı qovdu...

Hazırda oxunan: Sarkisyan daha bir generalı qovdu...

137855
Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan silahlı qüvvələrinin silahlanma idarəsinin rəisi Melsik Çilingəryanın vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.xa0

Moderator.az xəbər verir ki, bu barədə erməni dövlət başçısının saytında məlumat yayılıb.

“General-mayor Çilingəryan Müdafiə Nazirliyinin silah idarəsinin rəisi vəzifəsindən azad olunsun”x9d, - məlumatda deyilir.

Qeyd edək ki, Sarkisyan aprelin 26-da Ermənistan Müdafiə Nazirliyinin maddi-təchizat idarəsinin rəisi, general-leytenant Alik Mirzəbekyan, Baş qərargahın kəşfiyyat xidmətinin rəhbəri, general-mayor Arşak Karapetyan, nazirliyin rabitə və əlaqə idarəsinin rəisi, general-mayor Komitas Muradyan vəzifəsindən kənarlaşdırmışdı.

Ermənistanın Respublika partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan daha öncə yüksək vəzifəli məmurların işdən azad olmasının Qarabağda aprelin əvvəlində baş verən hadisələrin nəticəsi olduğunu bildirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin