Frankfurtda yaşayan və oğulları İŞİD-ə qoşulub ölən ailənin yaxınları, İŞİD-in əlində çox sayda Almaniyada doğulan türk qızları olduğunu iddia ediblər.xa0
Almaniyanın Frankfurt şəhərində yaşayan İzmirli ailənin 3 ay əvvəl qəfildən yoxa çıxan 24 yaşlı oğlunun ölüm xəbəri ailəni dərin sarsıb. Ailənin yaxınları İŞİD-in əlində çox sayda Almaniyada doğulan türk qızları olduğunu iddia ediblər.xa0
Frankfurt şəhərindən olan 24 yaşlı türk gəncin alman, ingilis və türk dillərini mükəmməl dərəcədə bildiyi və 1 il içərsində ərəb dilini öyrəndoyo bildiriıir. Almaniyada pakistanlılara aid olan məscidə İŞİD-in tələsinə düşən gəncin anidən geyimini dəyişdiyini və uzun saqqal buraxdığı öyrənilib.xa0
İŞİD fəalları tərəfindən türk dilində ölüm xəbəri anasına verilən gəncin sonuncu dəfə Qaziantepdən ailəsinə zəng edərək "Mən cihada gedirəm" deyərək Suriyaya gedib.(Musavat.com)


































































































