İsgəndəriyyədən Kiprə uçan EgyptAir şirkətinə məxsus A320 sərnişin təyyarəsi naməlum şəxslər tərəfindən ələ keçirilib və Kiprin Larnaka hava limanında yerə enib, yerli KİV-lər bildirir.
Cyprus Mail nəşrinin yerli polisdəki mənbəyinə istinadən verdiyi məlumata görə, təyyarə yerli vaxtla səhər saat 8:30-da zəbt edilib.
CNN Təyyarənin saat 8-də İsgəndəriyyədən çıxdığını bildirir.
Bəzi məlumatlara görə, təyyarənin göyərtəsində partlayıcı qurğu olduğu ehtimal olunur. Kipr KİV-ləri təyyarədə 81 sərnişinin olduğunu deyirlər.
Hadisə ilə bağlı Kiprdə iki böhran qərargahı yaradılıb. Larnaka və Pafos təyyarə limanlarını idarə edən Hermes Airports şirkətinin administrasiyası hələlik heç bir şərh vermir (BBC).






































































































