Rusiyada növbəti yanğın faciəsi: 12 nəfər diri-diri yandı

Hazırda oxunan: Rusiyada növbəti yanğın faciəsi: 12 nəfər diri-diri yandı

126757
Başqırdıstanın Sterlitamak şəhərində yerləşən fərdi birmərtəbəli iki mənzilli evdə baş vermiş yanğın nəticəsində 12 nəfər ölüb. APA-nın “Gazeta.ru”x9dya istinadən verdiyi xəbərə görə, bu barədə Başqırdıstan DİN-in məlumatında bildirilir. Məlumata görə, yanan iki mənzildən biri 31 yaşlı kişiyə, digəri isə 53 yaşlı qadına məxsus olub. Hadisə yerinə Başqırdıstan DİN rəhbəri vəzifəsini müvəqqəti icra edən Viktor Mixaylov gəlib. Yanğının səbəbi araşdırılır. Polis ölənlərin şəxsiyyətini və hadisənin təfərrüatlarını müəyyənləşdirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin