170 minə vəzifə satan şəxs ölkədən qaçdı...

Hazırda oxunan: 170 minə vəzifə satan şəxs ölkədən qaçdı...

121712
Azərbaycanda Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanovun ölkədən nə vaxt qaçdığı məlum olub.

Moderator.az-ın xəbərinə görə, vəkil Adəm Məmmədov apa-ya açıqlamasında bildirib ki, araşdırmalar nəticəsində məlum olub ki, S.İmanov bu il yanvarın 31-də Bakı-İstanbul reysi ilə ölkəni tərk edib.xa0

Ölkədən qaçmazdan əvvəl isə Azərbaycanda olan bütün mülklərini satıb.

Qeyd edək ki, Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri S.İmanov dələduzluqda ittiham olunur. S.İmanov vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları alıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, komitənin sabiq aparat rəhbəri S.İmanovun rüşvətxorluq və insanları aldatmaq ilə bağlı əməlləri barədə vətəndaşlar tərəfindən müraciətlər daxil olub.xa0

Məlumatda bildirilib ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin