Nəqliyyatın hərəkəti birə on azalıb
Şöbəxa0rəisi vurğulayıb ki, rayon qeydiyyatında olan avtomobillərə qoyulan məhdudiyyətdən sonra istər şəhər daxilində, istər şəhərin giriş-çıxışında heç bir nəqliyyat sıxlığı yaranmır.
“Rayon qeydiyyatında olan avtomobillərə qoyulan məhdudiyyətdən və Bakı ”“ Sumqayıt qatarın istifadəyə verilməsindən sonra Bakıda sıxlığın azalması müşahidə olunur. İstər şəhər daxilində, istərsə də şəhərin giriş-çıxışında heç bir nəqliyyat sıxlığı yaranmır.
Xatırladaq ki, keçən il yeni tədris ilin başalayan günü şəhərdə güclü tıxac müşahidə olunurdu, paytaxtda nəqliyyatın hərəkəti iflic olmuşdu. Bu il belə bir şey oldumu? Keçən ilin senyabrın 15 ”“ 16 ilə müqasiyə etsək, görərik ki, bu il nəqliyyatın hərəkəti birə on azalıb, bu da görülən son tədbirlərinin nəticəsidir”x9d.
Bəzi hallarda sürcünün yol mədəniyyəti səviyyəsi aşağı olur
Kamran Əliyev bildirib ki, paytxatın giriş-çıxışındə qurulan postlarda da heç bir sıxlıq müşahidə olunmur:
“Ola bilsin ki, DYP əməkdaşı hər hansı qeyri-Bakı qeydiyyatında olan avtomobilinixa0dayancağa yönləndiribsə, o da yolun hərəkət hissəsində saxlayıb, polisdən əlavə nəsə sorğu almaq istəyirsə, o halda sıxlıq yarana bilər. Bu da sürücüdə yol mədəniyyətinin aşağı olması ilə əlaqədardır, sürücü fikirləşmir ki, onun arxasınca gələn nəqliyyat vasitəsinə maneə törədir.
Rayon qeydiyyatında olan avtomobillərin sürücüləri özlərinin rahatlığını təmin etmək üçün, nəqliyyat sıxlığından əziyyət çəkməməyi üçün, əlavə vəsait ödəmədən şəhərə daxil olmaq üçün avtomobilllərini paytaxtın şimalında və cənubunda quraşdırılan dayancaqda saxlamalıdır”x9d.
Sumqayıtın mərəkəzindən Bakının mərkəzinəxa0cəmi 40 dəqiqəyəxa0
Şöbə rəisi Sumqayıtda yaşayan vətəndaşlara yeni istifadəyə verilmiş Bakı ”“ Sumqayıt qatarından istifadə etməyə səsləyib:xa0
“Həm köhnə, həm də yeni avtomobilləri idarə edən sürücülər öz rahatlığını təmin edərək, heç bir əlavə xərc çəkmədən, sıxlıqda əsəb gərginliyi keçirmədən Bakıya qatarla daxil ola bilərlər. Qatar Sumqayıtın mərkəzindən düz Bakının mərkəzinə cəmi 40 dəqiqəyə çatır. Bundan insanların çoxu məmnun qalmalıdır. Bununla bağlı bizə müraciət edib bildirirlər ki, belə bir addımı çoxdan atmaq lazım idi.
Şöbə rəisi bildirib ki, Bakının giriş-çıxışında quraşdırılan dayanacaqların 10 faizi dolur:
“Dayanacaqlarda yer çoxdur. Heç onların 10 faizi dolmayıb. Şimal istiqamətdə inşa olunan dayanacaqda təxminən gün ərzində 40 ”“ 50 avtomobil dayanır, harada ki, 1400-dən çox avtomobilin saxlanılmasına imkan var”x9d.xa0
Rayon avtomobillərinə qoyulan qadağa Bakıda sıxlığın aradan qaldırmasın heç bir təsir etməyib.
Yol hərəkəti üzrə ekspert, hüquqşünasxa0Ərşad Hüseynovxa0öz növbəsində qeyd edib ki, Bakıda sıxlığın azalmasına əsas səbəb rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya daxil olmasına qoyulan qadağa deyil.
Ekspert bilidirib ki, rayon qeydiyyatı olan avtomobillərə tətbiq edilən qadağa mədəni şəkildə deməkdir ki, “ay qardaş, Bakıya öz avtomobilinlə gəlmə”x9d:
“Belə bir qadağanın analoqu yoxdur. Avropa ölkələrində bir-birinin arasında heç sərhəd də yoxdur, bizdə istə paytaxtın girişində post qurulub, sürücülərdən soruşurlar ki,xa0“Sən kimsən?”x9d,xa0“Nə səbədən Bakıya gəlirsən?”x9dxa0”“ bu da xoş hal deyil. Mən eşitməmişəm ki, hansısa xarici ölkədə öz vətəndaşlarına paytaxta avtomobil ilə gəlmələrinə qadağa qoyulsun. Düzdür ola bilər ki, şəhərin hansısa bir tarixi hissəsinə, “yaşıl əraziyə”x9d avtomobillərinxa0hərəkətinə qadağa qoyulsun, velosipedlər və elektrokarlara icazə verilsin”x9d.xa0
Sürücülərə sərf etmir
Ə. Hüseynov qeyd edib ki, tətbiq olunan məhdudiyyət sürücülərə iqtisadi baxımdan sərf etmir:
“Misal üçün, kimsə Şirvan şəhərində Bakıya avtomobil ilə gəlir, Lökbatanda dayanacaqda nəqliyyat vasitəsini saxlayır, daha sonra taksiyə əyləşərək paytaxta daxil olur. Taksi ilə birbaşa Bakıya gəlməsi ona daha çox sərf edər, nəinki birinci variant.xa0
Bakı ”“ Sumqayıt qatarın işə düşməsindən sonra paytaxtda nəqliyyatın intensivliyində azalma müşahidə olunur. Mən fikirləşirəm ki, o qatar daha da populyarlaşacaq. Sadəcə olaraq qatarda gediş haqqı nisbətən aşağı salınmalıdır.
Bu günlərdə belə bir statistik məlumat aldım ki, gün ərzində o qatardan 2 min vətəndaş istifadə edib, mən sizi əmin ədə bilərəm ki, onların sayı 10 min ola bilər.xa0
Əsəs diqqət yetirilməlidir ictimai nəqliyyata. Rayon avtomobillərinə qoyulan qadağa Bakıda sıxlığın aradan qaldırmasına heç bir təsir etmir. Düzdür, qeyd etmək istəyirəm ki, bu dəfə yeni tədris ilinin başlandığı gün nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunmurdu, bu da Dövlət Yol Polisinin apardığı tədbirlərlə əlaqəlidir, üstəgəl bəzi məsələlərlə bağlı təbliğat müsbət təsirini göstərib. Ama bunun davamlılığını zaman göstərəcək”x9d.(oxu.az)





































































































