Prokururluq təkzib etdi

Hazırda oxunan: Prokururluq təkzib etdi

93823
Bəzi kütləvi informasiya vasitələrində Göyçay rayon sakini Ruhiyyə İbadovanın bu gün saat 09:49-da respublikanın şimal rayonlarında baş verən zəlzələ zamanı qorxaraq özünü su quyusuna atıb orada ölməsi barədə informasiyalar dərc edilmişdir.

Bununla əlaqədar bildiririk ki, sentyabrın 4-də saat 10:55-də Göyçay rayon prokurorluğuna rayonun Məlikkənd kəndində yaşamış 1987-ci il təvəllüdlü Ruhiyyə İbadovanın elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon Polis Şöbəsindən daxil olmuş məlumatla əlaqədar hadisə yerinə baxış keçirilmiş, meyitin müayinəsi aparılmış, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri prossesual hərəkətlər yerinə yetirilmişdir.

Moderator.az-ın verdiyi xəbərə görə, İlkin araşdırmalarla müəyyən edilmişdir ki, R.İbadova həmin gün saat 10 radələrində həyətyanı sahəsini suvarmaq məqsədi ilə yaşadığı evin yaxınlığından keçən arxın içərisinə quraşdırılmış mühərriki işə salan zaman ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində 20 sm dərinliyində olan həmin arxa yıxılaraq orada vəfat etmişdir.

Faktla bağlı rayon prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir və hadisənin zəlzələ ilə əlaqəli olması xüsusatları araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin