Vətəndaş Cəmiyyətinin Regionlarda İnkişafına Dəstək İB layihələri uğurla tamamladı

Hazırda oxunan: Vətəndaş Cəmiyyətinin Regionlarda İnkişafına Dəstək İB layihələri uğurla tamamladı

90688
Vətəndaş Cəmiyyətinin Regionlarda İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yaninda Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Region gənclərin təşkilatlanması və onlarda liderlik bacarıqlarının inkişaf etdirilməsi”x9d adlı layihənin icrasını uğurla başa çatdırmışdır. 4 ay müddətində icra olunan layihənin məqsədi regionlarda gənclərin təşkilatlanması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, gənclərin ictimai həyatda rolunun artırılması, onlarda liderlik keyfiyyətlərinin formalaşdırılması və təşəbbüskarlığının dəstəklənməsi vasitəsilə gənclər işinin inkişaf etdirilməsindən ibarət olmuşdur.

* Layihənin nəticəsi olaraq liderliyin tədrisi və inkişafı vasitəsilə gənclər regionların inkişafının sürətlənməsinə tövhə vermiş.

* Layihənin regionlar üçün əsas əhəmiyyəti, liderlərin üzə çıxarılması və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsindən ibarət olmuş.

* Seçilmiş regionlarda gənclər təşkilatları formalaşdırılmış.

* Gənclərin təşəbbüskarlığının dəstəklənməsi və onların iştirakının stimullaşdırılması regionlarda gənclərin və yeniyetmələrin inkişafında öz müsbət təsirini göstərmiş.

* Əyalət gənclərinin ölkəmizin inkişafı və dövlətçiliyin qorunması işində iştirakını və rolunu yüksəltmişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin