Türkiyədəki səfirliyimiz PKK tərəfindən girov götürülmüş vətəndaşlarımızla bağlı hərəkətə keçdi

Hazırda oxunan: Türkiyədəki səfirliyimiz PKK tərəfindən girov götürülmüş vətəndaşlarımızla bağlı hərəkətə keçdi

88611
Azərbaycan Xarici İşləri Nazirliyinin tapşırığı ilə Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə naməlum silahlı şəxslər tərəfindən içərisində Azərbaycan vətəndaşlarının olduğu deyilən sərnişin avtobusunun saxlanması ilə bağlı məlumatı araşdırır.

Diplomatik missiyadan verilən məlumata görə, səfirlik Azərbaycan Qars şəhərindəki Baş konsulluğu ilə birgə Türkiyənin hüquq-mühafizə orqanlarından bu məlumatı yoxlayır.

Bundan əvvəl xəbər yayılıb ki, ötən gecə naməlum silahlı şəxslər Qars-Ərzurum-İğdır magistralında 70 sərnişini olan avtobusu saxlayıblar. Saxlanılanlar arasında azərbaycanlıların da olduğu bildirilir. Sərnişinləri bir neçə saat saxlayandan sonra onların qiymətli əşyalarını və sənədləri aldıqdan sonra buraxıblar. ///Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin