AXCP-nin Nərimanov təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu keçmiş partiyadaşı Sahib Kərimli tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı açılan istintaq işinin hər vasitə ilə "ört-basdır" edilməsindən şikayətlənib.
Ağaşirin Tanrıverdioğlu musavat.com-a açılamasında bildirib ki, qarşı tərəf, yəni, Sahib Kərimli açıq-aşkar istintaq işindən kənar saxlanılır: “Artıq bir aya yaxındır ki, döyüldüyüm üçün polisə müraciət etmişəm. İbtidai istintaq işi açılsa da, ortda hələ də bir nəticə yoxdur. Bu da o deməkdir ki, Sahib Kərimli və Arzuman Məcidlinin hakimiyyət dairələri ilə yaxından əlaqəsi var. Sadəcə, mənə maraqlıdır, bilmək istəyirəm ki, bu işin sonu necə bitəcək?
Sahib Kərimlinin özü məni vurduğunu etiraf edib. Döyən də, döyülən də məlumdur. İlkin istinaq işini aparanlar isə bildirirlər ki, burada nə cinayət, nə də xəta var. Əgər bu hadisə əksinə olaraq, baş versəydi, yəni mən Sahib Kərimliyə ictimai bir yerdə adi bir sillə vurub, onu təhdid və təhqir etsədyim, tez bir zamanda tutulub, ən azı 2 il həbs cəzası alardım. Hər kəsə məlumdur ki, ictimai yerdə qayda pozulub, vətəndaşa əl qaldırılıb, təhdid və təhqir edilib. Lakin istintaq orqanları bu məsələyə barmaqarası baxır və deməli, proses birtərəfli aparılır.
Tez-tez polis idarəsinə gedirəm. Lakin mənə bildirirlər ki, işə baxılması üçün hələ vaxta var, Sahib Kərimli isə istintaqdan kənarda saxlanılır. O, yalnız bircə dəfə ibtidai istintaqın başlağıcında polis idarəsinə gedərək, etdiyi hərəkət barədə izahat yazıb. Lakin aidiyyatı orqanlar bundan sonra onun haqqında bir dəfə də olsun, maraqlanmayıb. Sahib Kərimlinin iş yeri, vəzifəsi, yaşadığı ünvanı məlumdur. Lakin görürnür ki, hansısa maraqlar onun məsuliyytə cəlb edilməsinin qarşısını alır. Bu da onu göstərir ki, işi obyektiv araşdırmaq polisin imkanları daxilində deyil. Açıq-aşkar hansısa məmur bu məsələyə müdaxilə edir, istintaqın bağlanalması üçün çalışır”x9d.
Sabiq AXCP-çi şikayətinə baxılması üçün prezidentə və digər rəhbər orqanlara müraciət edəcəyini deyib: “İstintaq işinini mənasız yerə yubadılmasına baxmayaraq, mən bu məsələnin sonunadək gedəcəm. Ombusdman Aparatına, Baş Prokurorluğa , Ədliyyə Nazirliyinə, hətta prezidentə də müraciət edəcəm.
Bütün bu proseslər onu göstərir ki, dövlətin məmurları dövləti vətəndaşın gözündən salır. Əgər bu gün günahkar cəzasız qalırsa, deməli, məmurların özləri dövləti içəridən sarsıdırlar”x9d.
Xatırladaq ki, AXCP-nin Nərimanov təşkilatının sabiq şöbə müdiri, partiyadan qovulan Ağaşirin Tanrıverdioğlu iyulun 1-də axşam saatlarında keçmiş partiyadaşı, qurumun Rəyasət Heyətinin üzvü Sahib Kərimli tərəfindən fiziki təzyiqlərə məruz qaldığı barədə “Yeni Müsavat”x9da açıqlama vermişdi. Sahib Kərimli də öz növbəsində baş verən hadisə ilə bağlı facebookda status paylaşaraq, Ağaşirin Tanrıverdioğluna sillə vurduğunu etiraf etmişdi. (Musavat.com)
































































































