Dünən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir qrup media qurumunun rəhbəri ilə görüş keçirib.
Tədbirdə həmçinin Mətbuat Şurasının sədri Əflatun Amaşov da iştirak edib. Amaşovun söylədiyi bir fikir cəmiyyətdə birmənalı qarşılanmayıb. MŞ-nın sədrinin facebook barədə söylədiyi fikirlərini bəzi şəxslər Əflatun Amaşovun ölkədə facebook-u bağlamaq çağırışı kimi qələmə verib.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Əflatun Amaşov facebook-un bağlanmasına qarşı olduğunu bildirib:
“Mən ölkəmizdə facebook-un bağlanması haqda heç bir fikir bildirməmişəm, əksinə, bu tip müasir texnologiyaların inkişaf etməsinin hər zaman tərafdarı olmuşam. Mənim narazılığım ölkəmizin vətəndaşlarının şərəf və ləyaqətini alçaldan bir sıra səhifələrlə bağlıdır. Biz dəfələrlə Qərb ölkələrində insanların ləyaqətini alçaldan səhifələrin və profilərin bağlanması haqda informasiyalar almışıq. Mənim iradım ölkəmizdə vətəndaşları təhqir edən bu tip səhifələrə qarşı olub.”x9d
Xəyal Əzizov



































































































