22 yaşlı gənc minaya düşdü- Goranboyda + Video

Hazırda oxunan: 22 yaşlı gənc minaya düşdü- Goranboyda + Video

75341
Goranboy rayonun Zeyvə kənd sakini minaya düşüb. 


Moderator.az -ın  APA TV-ya istinadən məlumatına görə, hadisə aprelin 15-də günorta saatlarında Goranboy rayonunun Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin yaxınlığında yerləşən Zeyvə kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Nurlan Müğəddin oğlu Kərimov minaya düşərək xəsarət alıb.

Yaralı dərhal Goranboy rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. 

Nurlan Kərimovun sol ayağı amputasiya olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin