Sınaq imtahanı keçirilir

Hazırda oxunan: Sınaq imtahanı keçirilir

74277
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Azərbaycanda bu ilin ilk sınaq imtahanı keçirilir.

ANS PRESS-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanlarına başlayır. 

İlk sınaq imtahanı Respublikanın 29 şəhər və rayonunda ümumilikdə 61 binada təşkil olunub. 

İmtahanda iştirak etmək üçün 48343 abituriyent qeydiyyatdan keçib. 

Komitənin yaydığı məlumatda bildirilib ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçiriləcək. 

Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin