Rostovda neft terminalına zərbə: 12 çəndən 8-ni zədələnib - VİDEO

Hazırda oxunan: Rostovda neft terminalına zərbə: 12 çəndən 8-ni zədələnib - VİDEO

643449

Ukrayna PUA-larının Rostov-na-Donudakı Novoşaxtinsk neft məhsulları zavodunun ("NZNP") neft terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib.

Bizim.Media xəbər verir ki, "Exilenova+" tərəfindən yayımlanan peyk təsvirləri "Rostovskiy" neft terminalındakı çənlərin əhəmiyyətli dərəcədə zərər gördüyünü təsdiqləyib.

Rostovun Jeleznodorojnı rayonunda yerləşən bu terminal neft məhsullarının ixracı və Rusiya ordusunun yanacaqla təminatı üçün istifadə olunur. Obyektin illik layihə gücü təxminən 2,5 milyon tondur.

Hücum oktyabrın 10-da həyata keçirilib və nəticədə güclü yanğın baş verib. Məlumata görə, bu, iyulun 9-da baş verən analoji zərbədən sonra terminala ikinci böyük hücumdur.

Regionun qubernatoru Yuri Slyusar hücum zamanı dəmir yolu körpüsünün də zədələndiyini və hərəkətin dayandığını bildirib. Eyni zamanda, Azov limanındakı iki gəmiyə də zərər dəydiyi vurğulanır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin