Oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran üç nəfər polis əməkdaşları tərəfindən müəyyən edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd edən R.Səfərov qayalıqdan dərəyə yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər şəxs E. Kərimov saxlanılıb.
Hadisənin üçüncü iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək götürülüb.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu təsdiqləyib.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:47 / 21.10.2026
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı ƏMƏLİYYAT - Ölən var
Hazırda oxunan: Lerikdə qanunsuz qızıl axtaranlara qarşı ƏMƏLİYYAT - Ölən var
Hazırda oxunan: Lerikdə qanunsuz qızıl axtaranlara qarşı ƏMƏLİYYAT - Ölən var
643385
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































