Almaniya kansleri Fridrix Merts Avropanın digər qitələrdən müstəqilliyini təmin etmək üçün kifayət qədər imkanlara malik olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Merts Almaniyanın bu prosesdə aparıcı rol oynamalı olduğunu vurğulayıb.
O qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron hələ 2017-ci ildə Parisdəki Sorbonna Universitetində çıxışı zamanı Avropa suverenliyinin yaradılmasının vacibliyini düzgün qiymətləndirib.
“Avropa suverenliyinin yaradılması əsas əhəmiyyət daşıyır və Almaniya da bu prosesin bir hissəsidir.
Cəsarətlə deyə bilərəm ki, Avropanın ən böyük iqtisadiyyatına malik olduğumuz üçün bu prosesdə mühüm rol oynayırıq. Biz bu istiqamətdə daha sürətlə irəliləməliyik”, – deyə kansler bildirib.
Bizim.Media



































































































