ABŞ senatoru: "Putin Trampı istədiyi kimi idarə edir"

Hazırda oxunan: ABŞ senatoru: "Putin Trampı istədiyi kimi idarə edir"

643394

ABŞ-ın Şimali Karolina ştatından olan respublikaçı senator Tom Tillis Rusiya prezidenti Vladimir Putinin Trampla manipulyasiya etdiyini və onu Ukraynaya dəstəkdən yayındırdığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.

Tillis Trampın Rusiyadan yüz minlərlə ton dizel yanacağı idxal etmək və sanksiyaları ləğv etmək barədə razılaşmasını ABŞ-ın sonradan peşman olacağı böyük bir səhv adlandırıb.

O, Putin tərəfindən təklif olunan Tramp, Putin və Si Szinpinin iştirakı ilə üçtərəfli sammit keçirilməsi ideyasını "absurd" hesab edib.

Senator ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini və "Starshield" (Starlink-in hərbi versiyası) sisteminə çıxışını məhdudlaşdırmasından narahatlığını bildirib və Pentaqonu bu məsələni araşdırmağa çağırıb.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski senatordan ABŞ Müdafiə Nazirliyinin razılığı ilə üçüncü ölkələrdən "Patriot" raketlərinin tədarükünə şərait yaradılmasını xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin