“Real” İngiltərə klublarından 80 milyon avro TƏLƏB EDİR

Hazırda oxunan: “Real” İngiltərə klublarından 80 milyon avro TƏLƏB EDİR

643312

“Real” Avropa Superliqasının təşkili üçün xərclədiyi vəsaitin bir hissəsinin İngiltərə klubları tərəfindən geri qaytarılmasını istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
 

Madrid təmsilçisi “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Tottenhem”in layihədən imtina etmələrinə baxmayaraq, onun həyata keçirilməsi üçün çəkilən ilkin xərclərin bir hissəsini ödəməli olduğunu düşünür.


Mənbənin iddiasına görə, tələb olunan məbləğ ümumilikdə 80 milyon avroya çatır.

Əvvəllər turnirin təşviqi ilə bağlı xərcləri “Real”, “Barselona” və “Yuventus” klubları öz aralarında bölüşdürürdülər.

Xatırladaq ki, 12 aparıcı klubun iştirakı ilə qapalı beynəlxalq turnir kimi nəzərdə tutulan Avropa Superliqasının yaradıldığı 2021-ci ilin aprelində elan edilmişdi. Klubların əksəriyyəti ilk bir neçə gün ərzində layihədən geri çəkilmişdi. “Yuventus” 2023-cü ildə, “Barselona” və “Real” isə 2026-cı ildə layihədə iştirakdan imtina ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin