Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirildi - FOTO

Hazırda oxunan: Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirildi - FOTO

643338

Oktyabrın 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan Şəhəri Günü münasibətilə bayram konserti keçirilib.

Bizim.Media xəbər verir ki, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə təşkil olunan konsert proqramı Telman Hacıyevin “Vətən” süitası ilə açılıb. 

Konsertdə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Ehtiram Hüseynov, Sevinc Sarıyeva, Qoçaq Əsgərov, Almaz Orucova mahnılarını ifa ediblər. 
 

“Qaya” qrupu, həmçinin Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Şəhriyar İmanov (tar) da öz ifalarını təqdim ediblər.


Konsert proqramını Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov və rayon sakinləri izləyiblər.

Tamaşaçıların könlünü oxşayan bayram konserti alqışlarla qarşılanıb. 

Konsertdən sonra atəşfəşanlıq olub. Çinarlar yurdunun səması al-əlvan işıqlara boyanıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin