"Buna görə insanlardan qaçırdım"

Hazırda oxunan: "Buna görə insanlardan qaçırdım"

643341

“Heç kimə itki arzu etmirəm. Valideynlərim koronavirusdan dünyasını dəyişəndə çox narahat idim, insanlardan qaçırdım. Çünki “Allah rəhmət eləsin” sözünü eşitməyə hazır deyildim”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Səlim Abbasov “Qonaqcanlı” verilişində deyib. 

Sənətçi uzunömürlü insanları görəndə qısqanclıq hissi keçirdiyini etiraf edib:
 

“Pandemiya ərəfəsində Moskvaya gedəndə valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi. Sonra bu hadisələr baş verdi. Heç gözləmədiyim anda oldu. Biri var ki, valideynin səhhətində hansısa problem olur və ya yataq xəstəsi olur, buna yavaş-yavaş öyrəşirsən. Amma mən öyrəşməmişəm.


Ağlıma gəlməzdi ki, anam 59, atam isə 69 yaşında dünyasını dəyişər. Hərdən 90, 104 yaşında insanlar görürəm, sevinirəm, həm də qısqanıram. Deyirəm, kaş ki, mənim valideynlərim də bu qədər yaşayardılar”. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin