Berlində qeyri-adi ETİRAZ: Fəallar özlərini asfalta yapışdırdılar

Hazırda oxunan: Berlində qeyri-adi ETİRAZ: Fəallar özlərini asfalta yapışdırdılar

643325

Almaniyanın paytaxtı Berlində müdafiə sənayesi konserni “Rheinmetall” zavodunun yaxınlığında doqquz fəal özünü yol örtüyünə yapışdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
 

Hadisə şəhərin Veddinq rayonunda baş verib. Fəalların asfaltdan ayrılması üçün polis 90-dək əməkdaş cəlb edib.


Ümumilikdə hadisə yerində 11 etirazçı olub, onlardan doqquzu özünü yola yapışdırıb.

Qeyd edək ki, Almaniyanın ən böyük silah istehsalçısı olan “Rheinmetall” bu ilin əvvəlində Veddinqdəki zavodunda istehsala başlayıb. Həmin vaxtdan müəssisə dəfələrlə etiraz aksiyalarının hədəfinə çevrilib. Aksiyalarda isveçli iqlim fəalı Qreta Tunberq də iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin