Polşa və Litva Rusiyanı regionun təhlükəsizliyinə təhdid adlandırdı - “Təzyiq artırılmalıdır”

Hazırda oxunan: Polşa və Litva Rusiyanı regionun təhlükəsizliyinə təhdid adlandırdı - “Təzyiq artırılmalıdır”

643317

Polşa və Litva prezidentləri Karol Navrotski və Gitanas Nauseda Rusiyaya qarşı sanksiya təzyiqlərinin saxlanılmasının, NATO-nun şərq cinahının müdafiəsinin gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə liderlərin oktyabrın 20-də Varşavada keçirilən görüşündə müzakirələr aparılıb.

Karol Navrotski Moskvanın siyasətini regionun təhlükəsizliyi üçün əsas təhdid adlandırıb.

O, Suvalki dəhlizinin müdafiəsinin gücləndirilməsinin, Polşa və Litva silahlı qüvvələri arasında sıx koordinasiyanın, eləcə də ABŞ hərbçilərinin Polşa və Baltikyanı ölkələrdə daimi mövcudluğunun vacibliyini vurğulayıb.
 

Polşa Prezidenti həmçinin enerji bazarlarında sabitliyin təmin edilməsinin Rusiyaya təzyiqlərin azaldılması üçün bəhanəyə çevrilməməli olduğunu bildirib.


Gitanas Nauseda isə sanksiyaların genişləndirilməsinə, viza siyasətinin sərtləşdirilməsinə, Rusiyanın agentlərinə qarşı mübarizəyə və ölkənin kölgə donanmasının fəaliyyətinin qarşısının alınmasına çağırıb.

Liderlər kritik infrastrukturun qorunmasını, dronlardan qaynaqlanan təhdidlərə qarşı mübarizəni, eləcə də 2027-ci ilin yazında Polşa və Baltikyanı ölkələrin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsini də prioritetlər sırasında qeyd ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin