ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq – Əraqçi

Hazırda oxunan: ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq – Əraqçi

643370

ABŞ-ın əvvəlki razılaşmalar üzrə öhdəliklərini yerinə yetirməsi Hörmüz boğazının gəmiçilik üçün açılmasına və Tehranla Vaşinqton arasında danışıqların bərpasına imkan verə bilər.

Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Əl-İraqiyyə” telekanalının məlumatına görə, nazir Vaşinqtonun əvvəlki öhdəliklərini yerinə yetirməsinin yeni danışıqlar raundlarının başlanmasına və yekun razılaşmanın əldə olunmasına şərait yaradacağını vurğulayıb.

Əraqçi qeyd edib ki, İranın “yeddi günlük təşəbbüsü” əvvəlki razılaşmalara əməl olunması şərti ilə diplomatik prosesin davam etdirilməsinə yönəlib.

Nazir, həmçinin ABŞ ilə anlaşma əldə olunana qədər Hörmüz boğazında gəmiçiliklə bağlı məhdudiyyətlərin qüvvədə qalacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin