“Bəzi media orqanlarında və sosial şəbəkə hesablarında “Azərbaycanda Türkiyə bayrağının endirilməyə çalışıldığı” barədə yayılan iddialar dezinformasiya xarakteri daşıyır”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, sözügedən görüntülər köhnə tarixə aiddir. Həmin görüntülərin çəkildiyi dövrdə Türkiyə bayrağına qarşı mənfi hərəkət etməyə çalışan təxribatçıya ilk və ən sərt reaksiyanı məhz azərbaycanlılar göstəriblər. Bayrağın endirilməsi kimi bir hadisə baş verməyib.
Mərkəzdən qeyd olunub ki, köhnə görüntüləri montaj edərək, kontekstdən çıxarıb yeni hadisə kimi təqdim edənlər Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini hədəf alırlar.
İctimaiyyətdən bu cür informasiya manipulyasiyalarına qarşı həssas və diqqətli olmaq xahiş edilib.
Bazı basın yayın organlarında ve sosyal medya hesaplarında yer alan “Azerbaycan’da Türk bayrağının indirilmeye çalışıldığı” yönündeki iddialar dezenformasyon içermektedir. Bahse konu görüntüler eski tarihlidir. Görüntülerin çekildiği dönemde bayrağımıza yönelik olumsuz bir eylemde bulunmaya çalışan provokatöre ilk ve en sert tepkiyi yine bizzat Azerbaycanlı kardeşlerimiz vermiştir. Türk bayrağının indirilmesi gibi bir durum yaşanmamıştır. Eski içerikleri kurgulayıp; bağlamından kopararak yeniymiş gibi dolaşıma sokanlar, Türkiye ile Azerbaycan arasındaki dostluk ve kardeşlik bağlarını hedef almaktadır. Kamuoyunun bu tarz algı operasyonlarına karşı hassas ve dikkatli olması önemle rica olunur.
— Dezenformasyonla Mücadele Merkezi (@dmmiletisim) October 20, 2026
Bizim.Media

































































































