Tramp Ukraynanı razılaşmaya ÇAĞIRDI: “Əks halda, çox pis olacaq” - VİDEO

Hazırda oxunan: Tramp Ukraynanı razılaşmaya ÇAĞIRDI: “Əks halda, çox pis olacaq” - VİDEO

643344

ABŞ Prezidenti Donald Tramp Ukraynanı münaqişənin həlli ilə bağlı razılaşmaya getməyə çağırıb. O, Avropanın da Ukrayna münaqişəsindən yorulduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə Ağ Evdə danışıb.

ABŞ liderinin sözlərinə görə, Vaşinqton və Avropa Ukraynaya böyük dəstək göstərib, lakin bunun nəticəsi “kədər, ölüm və inanılmaz maliyyə itkiləri” olub.

Tramp Rusiyanın münaqişəni başa çatdırmaq istədiyinə əmin olduğunu bildirib və Ukrayna Prezidenti Volodimir Zelenskinin də eyni mövqedə olmalı, nizamlanma ilə bağlı razılaşma əldə etməyə çalışmalı olduğunu vurğulayıb.
 

“Əgər o, bunu etməsə, düşünürəm ki, vəziyyət çox pis olacaq”, – deyə ABŞ Prezidenti qeyd edib.


Tramp həmçinin Ukraynada münaqişənin başa çatması üçün Rusiya Prezidenti Vladimir Putinlə Zelenskinin görüşünün mütləq olmadığını bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin