Sürücülərin NƏZƏRİNƏ: Sabahdan bu yol bağlanacaq

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Sabahdan bu yol bağlanacaq

643292

Oktyabrın 21-də saat 08:00-dan etibarən Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, təmir işləri Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəni əhatə edəcək.

Qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən yollarda sıxlığın yaranmaması üçün alternativ marşrutlardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin