Rusiya ordusu ələ keçirdiyindən daha çox ərazi itirib – Bəzi detallar AÇIQLANDI

Hazırda oxunan: Rusiya ordusu ələ keçirdiyindən daha çox ərazi itirib – Bəzi detallar AÇIQLANDI

643396

Sentyabrın 1-dən oktyabrın 16-dək Rusiya işğalçıları 112 kvadratkilometr əraziyə nəzarəti itiriblər. Müqayisə üçün, ilin əvvəlindən Rusiya ordusu ümumilikdə cəmi 100 kvadratkilometrə yaxın ərazi ələ keçirə bilmişdi.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hazırladığı hesabatda yer alıb.
 

Belə ki, Ukrayna Silahlı Qüvvələrinin "Vivaldi" əməliyyatı nəticəsində Rusiyanın 144-cü motatıcı diviziyası təşkilatlanmış hərbi qüvvə kimi fəaliyyətini dayandırıb. Liman istiqamətində hücumları davam etdirmək üçün bu diviziyanın döyüş qabiliyyəti sıfırdan bərpa olunmalıdır.


Ukrayna ordusunun bu əməliyyatı Rusiya komandanlığının Donetsk vilayətindəki müdafiə xəttini şimaldan mühasirəyə almaq planlarını alt-üst edib.

Cəbhə xətti Jerebets çayına qədər qısaldılıb, bu da Ukrayna qüvvələrinə daha əlverişli mövqelərdən müdafiə olunmaq, artilleriya və PUA-lardan effektiv istifadə etmək imkanı yaradıb.

Analitiklər 2026-cı ilin yayından bəri Rusiyanın canlı qüvvə itkilərinin kəskin artdığını bildirirlər. Son bir neçə ay ərzində Rusiya ordusu 40 mindən çox hərbçisini (ölü və yaralı) itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin