Trampdan VƏD: Respublikaçılara 400 milyon dollardan çox vəsait xərcləyəcək

Hazırda oxunan: Trampdan VƏD: Respublikaçılara 400 milyon dollardan çox vəsait xərcləyəcək

643349

ABŞ Prezidenti Donald Tramp aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyasına dəstək məqsədilə 400 milyon dollardan çox vəsait xərcləməyi planlaşdırdığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” hesabında yazıb.
 

Onun sözlərinə görə, artıq 300 milyon dollardan çox vəsait reklam kampaniyalarına, seçicilərlə işə, mitinqlərə, tərəfdarların səfərbər edilməsinə və seçkilərin ədalətli keçirilməsinin təmin olunmasına yönəldilib.


ABŞ lideri qarşıdan gələn aralıq seçkiləri ölkə tarixində “ən vacib seçkilər” adlandırıb. O, siyasi prinsiplərinə inandığı üçün respublikaçıları dəstəklədiyini vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin