“SpaceX” şirkətinin təsisçisi İlon Mask Ukraynanın “Starlink” hərbi peyk rabitə sisteminə çıxışını məhdudlaşdırmaq barədə göstəriş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Mask və ABŞ Prezidenti Donald Tramp son həftələrdə Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələri ilə bağlı narazılıqlarını ifadə ediblər. Nəşrin mənbələri bildiriblər ki, ötən həftə məlumat ötürmə sürətinin məhdudlaşdırılması Ukraynanın bir sıra hücum və ələkeçirici dronlarının fəaliyyətinə təsir göstərib.
WSJ-nin mənbələrindən biri qərarın Mask tərəfindən birtərəfli qaydada verildiyini, Trampın isə bununla bağlı heç bir göstəriş vermədiyini bildirib.
Bizim.Media
































































































