Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi

Hazırda oxunan: Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi

642974

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs edilib.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.

Xatırladaq ki, Lənkəran şəhərindən olan əsgər Orxan Şabanov 1 il 3 ay hərbi xidmət keçdikdən sonra oktyabrın 13-də xidmət etdiyi hərbi hissədə aldığı güllə yarasından həlak olub. O, oktyabrın 14-də Lənkəran şəhərindəki qəbiristanlıqda dəfn edilib. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin