300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

Hazırda oxunan: 300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

641028

Bakı Ağır Cinayətlər Məhkəməsində “Amazon” satış platformasında onlayn ticarət vəd edərək müxtəlif şəxslərdən külli miqdarda pul almaqda təqsirləndirilən Turqut Məmmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Turqut Məmmədov ayrı-ayrı şəxslərə “Amazon” platformasında məhsulların onlayn satışı, hesabların açılması və idarə olunması, reklamların təşkili, eləcə də platformadakı hesabların bərpası ilə bağlı köməklik göstərəcəyini vəd edib. Bunun müqabilində zərərçəkmiş şəxslərdən müxtəlif vaxtlarda pul alıb, lakin verdiyi vədləri yerinə yetirməyərək həmin vəsaitləri ələ keçirib.

Cinayət işi üzrə ümumilikdə ən azı altı zərərçəkmiş şəxsin müxtəlif məbləğlərdə pul vəsaitlərindən məhrum edildiyi bildirilir.

İttihamda göstərilən epizodlar üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 300 000 manatdan artıq zərər dəyib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin