Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Hazırda oxunan: Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

641041

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər.

Bizim.Media xəbər verir ki, qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir.

Kiçik qazanı böyük qaz gözünün üzərinə qoymaq yeməyin daha tez bişməsi demək deyil. Alov qabın altını qızdırmalı, kənarlarından çıxmamalıdır. Çünki kənara çıxan alov yeməyi deyil, mətbəxdəki havanı qızdırır.

Çox böyük qazanı kiçik qaz gözünə qoymaq da düzgün seçim deyil. Bu halda yemək bərabər qızmır və bişmə müddəti uzana bilər.

Qapaqdan istifadə etmək xərci azaldır

Qaz sərfiyyatını azaltmağın digər yolu yeməyi qapağı bağlı qazanda bişirməkdir. Qapaq istiliyin itməsinin qarşısını alır və yeməyin daha tez hazır olmasına kömək edir.

Su və ya yemək qaynamağa başlayandan sonra odu azaltmaq lazımdır. Bu mərhələdə alovu yüksək saxlamaq bişmə prosesini mütləq sürətləndirmir.

Məqalədə yeməyin bişməsinə bir neçə dəqiqə qalmış qazı söndürmək də qənaət üsullarından biri kimi göstərilir. Yaxşı qızmış qab istiliyi bir müddət saxlayır. Ancaq bu üsul hər yeməyə uyğun deyil və yeməyin tam bişdiyinə əmin olmaq lazımdır.

Bəzi yeməklərin hazırlanmasını sürətləndirmək üçün elektrik çaydanı, mikrodalğalı soba və ya təzyiqli qazandan da istifadə etmək olar.

Az miqdarda yemək üçün sobanı işə salmaq isə əlavə enerji sərfiyyatına səbəb olur. Çünki sobanın özünün qızması da xeyli enerji tələb edir. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin