Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

Hazırda oxunan: Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

641044

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneldə bildirib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə aparılan tədqiqatlar zamanı bu günədək 1000-ə yaxın insanın sümüyü aşkarlanıb:

"Hazırda onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər gedir. Hətta tədqiqat işləri zamanı kütləvi məzarlıqlarla yanaşı, tək-tük insan qalıqlarına da rast gəlinir. Əslində, demək olar ki, hissə-hissə insan qalıqları aşkarlayırıq". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin