Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

Hazırda oxunan: Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

641032

ABŞ Prezidenti Donald Tramp Türkiyə və Pakistanın Məkkə Müdafiə Alyansı çərçivəsində Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərməsi barədə razılaşmanı dəstəklədiyini bildirib.

Bizim.Media xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına kömək etmək istədiyini və bunun “möhtəşəm” olduğunu deyib.

 

İki gün əvvəl Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan alyans çərçivəsində kollektiv müdafiə öhdəliklərinin praktiki icrasına dərhal başlamaq barədə razılığa gəlib. Birgə bəyanatda hərbi qüvvələrin və imkanların təmin edilməsi, onların Səudiyyə Ərəbistanında sürətlə yerləşdirilməsi üçün lazımi tədbirlərin görüləcəyi bildirilib.

 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik isə müdafiə sazişinin bir neçə gün ərzində parlamentə təqdim ediləcəyini açıqlayıb. Sazişin Türkiyə parlamentində rəsmi təsdiqdən keçməsi tələb olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin