Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı bəlli olub.
Bizim.Media xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
2003-cü il təvəllüdlü Rəhman Möhsüm oğlu Məmmədov "Mercedes" markalı avtomobil ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək onu yolun sol tərəfində yerləşən işıq dirəyinə, daha sonra isə həmin yerdəki istirahət parkının ətrafına quraşdırılmış dəmir və beton materialdan olan hasara çırpıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin Könül Mirzağa qızı Məmmədova bədən xəsarətləri alıb və Saatlıda xəstəxanaya yerləşdirilib, digər sərnişin - Bahar Möhsüm qızı Məmmədova isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:03 / 08.10.2026
Saatlıda ağır qəza: Beş yaşlı uşaq vəfat etdi
Hazırda oxunan: Saatlıda ağır qəza: Beş yaşlı uşaq vəfat etdi
Hazırda oxunan: Saatlıda ağır qəza: Beş yaşlı uşaq vəfat etdi
641042
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































