Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Hazırda oxunan: Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

639610

Çexiya Televiziyasının (ČT) üzləşdiyi maliyyə çətinlikləri səbəbindən ölkə "Eurovision 2027"də iştirak etməyə bilər.

Bizim.Media xəbər verir ki, Çexiyanın "Aktuálně.cz" nəşrinin məlumatına görə, xərclərin azaldılması proqramı çərçivəsində beynəlxalq mahnı müsabiqəsində iştirak ictimai yayımçının layihələr siyahısından çıxarıla bilər.
 

Məlumatda qeyd olunur ki, ČT 2027-ci ildən etibarən genişmiqyaslı xərclərin azaldılması tədbirlərini, o cümlədən işçi heyətinin ixtisarını və müxtəlif televiziya proqramlarının ləğvini və ya miqyasının kiçildilməsini həyata keçirməyi planlaşdırır. Xəbər, uşaq və əyləncə sahələrindəki layihələr bu dəyişikliklərdən təsirlənə bilər.


"Eurovision" yeni maliyyə planı çərçivəsində ixtisar oluna biləcək əyləncə layihələri sırasındadır. Bu qərar ČT-nin keçmiş baş direktoru Yan Souçekin tənqidinə səbəb olub.

Bununla belə, Çexiyanın "Eurovision 2027"də iştirakdan imtina edəcəyinə dair hələlik rəsmi təsdiq yoxdur. Əər imtina qərarı rəsmən təsdiqlənərsə, ölkə 2015-ci ildən bəri davam edən iştirakına son qoymuş olacaq. 2026-cı ildə ölkəni "Crossroads" mahnısı ilə Daniel Jijka təmsil etmişdi.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin