Bağça müəllimlərinin sertifikasiyası bu il noyabrda olacaq.
Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin "Pressinq" verilişində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Agentlik direktorunun sözlərinə görə, bir ay əvvəldən tərbiyəçilərə məlumat göndəriləcək.
Eşqi Bağırov, həmçinin qeyd edib ki, ucqar kəndlərdə uşaqların məktəbəqədər təhsillə əhatəsi üçün icma əsaslı qruplar üzrə bu il 34 minə yaxın yer ayrılıb. Onun sözlərinə görə, valideyn-dövlət-özəl tərəfdaşlığı üzrə özəl bağçalarda isə bu il 10 minə yaxın yer ayrılıb.
"Uşaqların məktəbəqədər təhsillə əhatələnməsi hələ qane edici səviyyədə deyil. Biz PISA nəticələrində və 4-cü, 6-cı siniflərin monitorinq nəticələrində məktəbəqədər təhsilin şagirdlərin nailliyətlərinə təsirini aydın görürük. Məqsədimiz məktəbəqədər təhsilin əhatəsini genişləndirməkdir", - o, əlavə edib.
Bizim.Media, Fəridə



































































































