“Yusif Vəzir Çəmənzəminli irsinin işığında” mövzusunda tədbir keçirildi – FOTO

Hazırda oxunan: “Yusif Vəzir Çəmənzəminli irsinin işığında” mövzusunda tədbir keçirildi – FOTO

636280

Bu gün “Yusif Vəzir Çəmənzəminli irsinin işığında” mövzusunda müzakirə təşkil olunub. 

Bizim.Media xəbər verir ki, tədbir “Məxəz" Milli İrs Araşdırmaları İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun tərəfdaşlığı ilə təşkil olunub. 

Müzakirə  ictimai-siyasi xadimin 139 illiyinə həsr edilib. 

Tədbirdə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli Yusif Vəzir Çəmənzəminlinin Azərbaycanın dövlətçilik, diplomatiya və ədəbiyyat tarixindəki müstəsna rolundan bəhs edib.

O, böyük mütəfəkkirin milli özünüdərk, milli dövlətçilik, ana dilinin inkişafı istiqamətindəki fəaliyyətinin bu gün də cəmiyyətimiz və gənc nəsil üçün mühüm bələdçi olduğunu vurğulayıb.

Həmçinin "Məxəz" Milli İrs Araşdırmaları İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətli mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. Ş.A.Hümmətli təqdimatında Yusif Vəzir Çəmənzəminlinin fəaliyyətini bir neçə mühüm istiqamətini təhlil edib.
 

Professor Nadir Məmmədli Y. V. Çəmənzəminlinin dilçi-alim kimi də fəaliyyətindən, tərtib etdiyi lüğətlərdən bəhs edib. Ədəbiyyatşünas-alim, professor Asif Rüstəmli Yusif Vəzir yaradıcılığında milli istiqlal və azərbaycanşünaslıq məsələlərinin xüsusi əhəmiyyətini vurğulayıb. 


Qeyd edək ki, tədbirdə yazıçının nəvəsi, professor Leyla Vəzirova çıxış edərək doğum günündə babasının xatirəsinin anılmasını xüsusi qiymətləndirərək təşəkkür edib.
















Nəzrin Mirzəyeva, İntiqam Babayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin