Bu gün səhər saatlarında Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov 86 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə “1news.az” məlumat yayıb.
Məlumata görə, Vaqif Novruzov bütün peşəkar fəaliyyətini hüquq qaydalarının mühafizəsinə və dövlətə xidmətə həsr edib. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. O, 1991-ci il avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Ali Sovetin Bəyannaməsini imzalayan deputatlarından biridir.
Vaqif Novruzov həmçinin Birinci Qarabağ müharibəsinin veteranı olub.
V.Novruzov 1993-cü ilin iyulunda Azərbaycanın daxili işlər naziri vəzifəsinə təyin edilib və 1994-cü il aprelin 29-dək bu postda çalışıb.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:09 / 12.09.2026
Azərbaycanın sabiq daxili işlər naziri vəfat etdi – FOTO
Hazırda oxunan: Azərbaycanın sabiq daxili işlər naziri vəfat etdi – FOTO
Hazırda oxunan: Azərbaycanın sabiq daxili işlər naziri vəfat etdi – FOTO
636279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































